EN

6 yaşlı bir uşaqdan dilə dair hansısa siyasi mövqe gözləmək düzgün deyil – Nazir

Bakı. Trend:

Çox vaxt müxtəlif ictimai və siyasi şəxslər, fərqli maraqlarıtəmsil edən insanlar məktəblərin və şagirdlərin üzərinə onlarındaşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar.

Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcudvəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışızamanı deyib.

Nazir bildirib ki, 6 yaşlı bir uşaqdan dilə dair hansısa siyasimövqe gözləmək düzgün yanaşma deyil.

“Biz 6–8 yaşlı uşaqlarda dilə sevgi formalaşdırmaq istəyiriksə,ilk növbədə onlarda sağlam dil bacarıqları yaratmalıyıq. Çünki bu,daha çox pedaqoji prosesdir, siyasi və ya ictimai proses deyil.Geniş siyasi çıxışlarla və ya ictimai çağırışlarla 6 yaşlı uşağıdaha yaxşı Azərbaycan dilində danışmağa təşviq etmək mümkün deyil.Bunun üçün müəllim, düzgün metodika və peşəkar mütəxəssislərəehtiyac var”, - deyə o vurğulayıb.

Məqalədə:
Chosen
97
4
az.trend.az

5Sources