Günümüzün əsas problemlərindən olan qızılca Azərbaycanda günü-gündən artmağa və fəsadlar yaratmağa davam edir. Hazırda hər kəsi maraqlandıran bir sual var ki, bu da “qızılca ölkədə epidemiyaya səbəb ola bilərmi?” sualıdır. Sağlamolun.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə TV-nin Xüsusi xəbər proqramına müsahibə verən Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bildirib ki, 2022-ci ilin son aylarından Avropanın bir sıra ölkələrində qızılca xəstəliyi artmağa başlayıb.Saglamolun.Az