Vətəninfo.az xəbər verir ki, ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib ki, Rusiya və Ukrayna sülhə həmişəkindən daha yaxındır. “Bu, yəqin ki, əlimizdə olan ən yaxşı şansdır. Biz sülhə həmişəkindən daha yaxınıq”, – səfir Uitaker bildirib. O, həmçinin qeyd edib ki, Vaşinqton münaqişəyə son qoymaq üçün hər bir tərəf üçün məqbul olan yanaşma tapmalıdır. “ABŞ prezidenti Donald Trampın dediyi kimi, bu çətin vəziyyətdir ki, düzgün yanaşma tapmalıyıq və nəticədə bu müharibə başa çatmalıdır”, – yüksək səviyyəli amerikalı diplomat bildirib.