EN

Tramp şokdadır: Zelenski hələ “sülh planı”nı oxumayıb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna lideri Vladimir Zelenski Vaşinqtonun təklif etdiyi sülh planını hələ oxumayıb.

Publika.az xəbər verir ki, Amerika administrasiyasının rəhbəri ukraynalı həmkarının davranışından müəyyən qədər məyus olduğunu bildirib.

“İnanıram ki, Rusiya bu planla razılaşır. Zelenskinin komandası təklifimizdən məmnundur, amma Zelenskinin özü yox”, - Tramp deyib.

Tramp Rusiya-Ukrayna münaqişəsinin dərinliyi ilə bağlı səhv etdiyini də etiraf edib. O, qarşıdurmanı dayandırmağın əvvəlcə düşündüyündən daha çətin olacağı qənaətinə gəlib.

"Rusiya və Ukrayna - bir az daha asan olacağını düşünürdüm ... bu, çox çətin müharibədir", - Tramp deyib.

Chosen
48
1
publika.az

10Sources