EN

Azərbaycanda dedollarlaşma güclənibVİDEO

Son aylarda Azərbaycanda dedollarlaşma, yəni insanların dolları azaldıb manata üstünlük verməsi daha da güclənib. Bu barədə Milli Məclisdə 2026-cı ilin büdcə müzakirələri zamanı Mərkəzi Bankın rəhbərliyi məlumat verib. 

O bildirib ki, bu tendensiya manata inamın artdığını göstərir.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli deyir ki, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər.

Mütəxəssislərə görə, proses gələcəkdə də davam edə bilər. Amma əsas amil neft gəlirlərinin sabitliyidir.

Ekspertlərin fikrincə, manatın sabitliyi və dedollarlaşma vətəndaşa həm yüksək depozit gəliri, həm də daha az valyuta riski vəd edir. Neft gəlirləri dəyişməz qalarsa, bu prosesin güclənəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 

Chosen
29
xezerxeber.az

1Sources