Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün sonuncu mərhələsi – 24-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, həlledici yarış Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunub.
Əbu-Dabi qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. “Red Bull”un niderlandlı sürücüsü 58 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 8-ci, karyerası ərzində 71-ci zəfərdir. Startda komanda yoldaşını qabaqlayan Oskar Piastri 2-ci nəticə göstərib. Lakin bunların heç birinin əhəmiyyəti olmayıb. Finişdə 3-cü olan Lando Norris qazandığı 15 xalla çempionluğunu rəsmiləşdirib. Bununla da o, Formula 1 tarixinin 35-ci çempionu olub.

Əbu-Dabidə qalib gəlmiş Mak Ferstappen çempionatı 2-ci pillədə bitirib. Bununla da onun ardıcıl 4 çempionluq seriyası başa çatıb. Çempionatın ilk yarısında uzun müddət lider olan Oskar Piasri yekunda 3-cü yeri tutub.
Mühəndislər Kubokunda isə “Maklaren” ilk sıranı tutub. Ötən il 4-cü olan “Mercedes” bu dəfə 2-ci pilləyə yüksəlib. “Red Bull” bu il də çempiontı 3-cü yerdə bitirib. Fiaskolarla zəngin olan mövsümündə “Ferrari” keçən il 2-ci olduqdan sonra bu il 4-cü olub.

Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Lando Norris (Maklaren) – 423
- Maks Ferstappen (Red Bull) – 421
- Oskar Piastri (Maklaren) – 410
- Corc Rassell (Mersedes) – 319
- Şarl Lekler (Ferrari) – 242
- Luis Hamilton (Ferrari) – 156
- Kimi Antonelli (Mersedes) – 150
- Aleksander Albon (Uilyams) – 73
- Karlos Sayns (Uilyams) – 64
- Fernando Alonso (Aston Martin) – 56
- Niko Hulkenberq (Zauber) – 51
- İsaak Hacar (Rasinq Bulls) – 51
- Oliver Berman (Haas) – 41
- Liam Louson (Red Bull) – 38
- Esteban Okon (Haas) – 38
- Lens Stroll (Aston Martin) – 33
- Yuki Tsunoda (Rasinq Bulls) – 33
- Pyer Qasli (Alpin) – 22
- Qabriel Bartoleto (Zauber) – 19
- Franko Kolapinto (Alpin) – 0
- Cek Duen (Alpin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 833
- Mersedes – 469
- Red Bull – 451
- Ferrari – 398
- Uilyams – 137
- Rasinq Bulls – 92
- Aston Martin – 89
- Haas – 79
- Zauber – 70
- Alpin – 22

