EN

''Fənər''in müdafiəçisi 1 aylığa sıradan çıxdı

''Fənərbaxça''nın bu mövsümkü yeni transferlərindən olan Nelson Semedodan zədə xəbəri var.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı cinah müdafiəçisi ''İstanbul BŞ''yə qarşı son matçın 18-ci dəqiqəsində zədə alaraq əvəzlənmişdi. Tibbi müayinənin ardından klubdan 32 yaşlı futbolçunun son durumu ilə bağlı rəsmi açıqlama verilib. Onun sağ ayağının baldır əzələsində yırtıq aşkarlanıb. Bu da o deməkdi ki, Semedo ən azı 1 aylığa sıradan çıxıb.

Türkiyə mətbuatının yazdığına inansaq, təcrübəli cinah müdafiəçisi qarşıdakı 4 rəsmi oyunu - Avropa Liqasında ''Brann''a, superliqada ''Konyaspor'' və ''Eyüpspor''a, eləcə də ölkə kubokunda ''Beşiktaş''a qarşı derbini buraxmalı olacaq. O ən yaxşı halda yanvarın əvvəllərində superkubokun yarımfinalında ''Samsunspor''la matçda meydana çıxa biləcək.

Daha öncə ''Benfika'', ''Barselona'' və ''Vulverhempton''da forma geymiş Semedo bu mövsüm meydana çıxdığı 21 rəsmi qarşılaşmada aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.

Chosen
31
1
football-plus.az

2Sources