EN

Ankara SDF-yə ultimatum verdi - Dəməşqə inteqrasiya üçün 25 gün vaxt verilib

Türkiyə jürd silahlı qüvvələrinin Dəməşqə inteqrasiya üçün 25 gün vaxt verib...

Türkiyə Suriya Demokratik Qüvvələrinin ləğvini və Suriya ordusuna tam şəkildə birləşdirilməsini tələb edir.

Poliqon xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb. Nəşr yaxır ki, Türkiyə Suriya Demokratik Qüvvələrinə (SDF) Dəməşqin hərbi strukturlarına inteqrasiya ilə bağlı razılaşdırılmış şərtləri yerinə yetirmək üçün 25 günlük müddət verib. Türkiyə təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, bu müddət ərzində tələblər icra olunmazsa, Ankara dəstəyi ilə Dəməşqin kürd silahlı dəstələrı qarşı yeni hərbi əməliyyatın başlanması istisna edilmir.

Məlumata görə, Ankara SDF-in ayrıca hərbi-siyasi struktur kimi mövcudluğuna son qoyulmasını, bütün şəxsi heyətin istisnasız olaraq Suriya ordusuna transfer olunmasını tələb edir. Bundan əlavə, PKK ilə əlaqəsi olan heç bir şəxsin idarəetmə mexanizmlərində təmsil olunmaması Ankaranın əsas şərtlərindən biridir.

Türkiye Gazetesi yazır ki, Suriya və Türkiyə arasında son həftələrdə atılan addımlar ABŞ ilə koordinasiya olunub. Bu isə Ankaranın Qərb ölkələri ilə regional təhlükəsizlik məsələlərində əməkdaşlığının artdığını göstərən növbəti siqnal kimi qiymətləndirilir.

Türkiyə rəsmiləri hesab edir ki, SDF-in strukturunun dəyişdirilməsi həm sərhədlərin təhlükəsizliyi, həm də Suriyada siyasi-hərbi sabitliyin yaradılması baxımından vacib şərtdir. Suriya rəhbərliyi də ABŞ ilə aparılan koordinasiya fonunda SDF üzərində nəzarətin bərpasının öz mövqelərini gücləndirəcəyinə ümid edir.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources