EN

Rusiyada alkoqol istehlakı minimuma çatıb

2025-ci ilin noyabrında Rusiyada alkoqol istehlakı 1997-ci ildən bəri ən aşağı həddə çatıb. 

NOCOMMENT.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, qeyd olunur ki, 2025-ci ilin aprelində əvvəlki il üçün adambaşına spirt istehlakı 8,32 litr olub. Lakin noyabrda 7,63 litrə düşüb. Oxşar rəqəmlərə sonuncu dəfə təxminən 30 il əvvəl, 1997-1998-ci illərdə rast gəlinib.

Qeyd olunur ki, ən az alkoqol istehlakı Şimali Qafqazdadır. Çeçenistanda bu göstərici adambaşına 0,11 litr, İnquşetiyada 0,63 litr, Dağıstanda 0,89 litr, Kabardin-Balkariyada 2,16 litr, Qaraçay-Çərkəzdə isə 2,59 litr təşkil edib.

Bu arada moskvalılar noyabrda 4,76 litr, Sankt-Peterburqda isə bu rəqəm 6,28 litr olub. Novosibirsk vilayətində adambaşına il ərzində 8,35 litr, Sverdlovsk vilayətində 10,34 litr, Tatarıstanda isə 8,27 litr su sərf edilib.

Dekabrın əvvəlində Səhiyyə Nazirliyi butulkaların üzərinə spirtin təhlükəsi barədə xəbərdarlıqların yerləşdirilməsi ideyasını dəstəkləmişdi.

Chosen
36
nocomment.az

1Sources