EN

Qalx, oğlum, bu nağıl yatmamaq üçündür... Gərus Əbdülməlikianın şeirləri

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kulis.az Məhəmməd Nurinin tərcüməsində fars şair Gərus Əbdülməlikianın şeirlərini təqdim edir.

Unut

pulemyotu,

ölümü

və minalanmış sahənin ortasında

gül budağı axtaran bir arının

macərasını düşün.

***

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib

Qurd Şəngülümü yeyib.

Qurd

Məngülümü parçalayır.

Qalx, oğlum!

Bu nağıl yatmamaq üçündür.

***

Şəhər qızları kəndi düşünərlər.

Kənd qızları şəhər üçün ölərlər.

Balaca kişilər böyük kişilərin rahatlığını düşünərlər.

Böyük kişilər balaca kişilərin rahatlığı üçün ölərlər!

Dünyanın hansı yerində

hansı körpü qırılıb

ki, heç kəs çatmır evinə?!

***

Bir əsgər əlindən,

bir əsgər sinəsindən güllələnib.

Mənimsə

güllə dərimdən keçərək

bir böyrünə dəyib xəyalımın.

Ona görə

bütün şeirlərimdə qan axır.

***

Sonuncu quşu da azad etmişəm.

Amma kədərliyəm hələ də.

Bu boş qəfəsdə

azad olmayan

nəsə var.

***

İndi ki, yoxam,

köynəyimi ütülə,

düymələrimi bağla,

ayaqqabılarımı parıldat.

Qoy

yoxluğum səliqəli olsun!

***

Damdakı quşları sevirəm.

Hər gün onlar üçün səpdiyim dənləri də.

Aralarında

mərifətsiz bir quş var –

bir gün göyə qalxıb

qayıtmayacağını bildiyim.

Mən onu daha çox sevirəm.

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
79
kulis.az

1Sources