EN

Gənc memar: Mədəni irsimizin qorunması memarların əsas vəzifələrindən biridir

Bakı, 7 dekabr, AZƏRTAC

Paytaxtın “Sovetski” məhəlləsində “Çoxfunksiyali gənclər mərkəzi”nin layihəsi həyata keçirilib. Memarlar İttifaqının “Memarlığın gələcəyi” - 2025-ci ilin ən yaxşı diplom layihələri müsabiqədə fəxri diploma layiq görülüb.

Müsabiqənin qaliblərindən biri olan gənc memar İnci İbadova AZƏRTAC-a açıqlamasında bildirib ki, bu layihədə əsas məqsədi mədəni və memarlıq irsimiz olan “Sovetski” məhəlləsinin memarlıq mühitini qorumaq idi: “Azərbaycan tarixi abidələrlə zəngindir. Mədəni irsimizin qorunması, gələcək nəslə çatdırılması ilə bağlı memarların da üzərinə məsuliyyət düşür. Buna nə dərəcədə nail oldugumu bilmirəm, amma Münsiflər Heyəti layihəni dəyərləndirib. Bu, mənim üçün çox önəmlidir. Məzunu olduğum Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğum illərdən memar işləyirəm. Memar olmaq mənim ən böyük arzum olub”.

Artıq 2 ildir memar kimi fəaliyyət göstərdiyini deyən İ.İbadova İçərişəhərdə kiçik bir memarlıq şirkətində çalışdığını, bu dövr ərzində qazanılan təcrübənin onun bir memar kimi püxtələşməsində mühüm rol oynadığını, həmçinin gələcəkdə beynəlxalq müsabiqələrdə iştirak etmək niyyətində olduğunu qeyd edib.

Chosen
115
1
azertag.az

2Sources