EN

“Gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik” Hacıyev

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirəsində iştirak ediblər.

Gununsesi.info bildirir ki,  Hikmət Hacıyev çıxışı zamanı bir sıra vacib məqamlara toxunub:

“Region sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur.

Beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik.

Sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır… İndi isə sülhdən danışırıq.

Azərbaycan və Ermənistan olaraq başa düşdük ki, hər şeydən əvvəl bizə sülh lazımdır. Bu sülhü yaratmalı, razılığa gəlməli, daha sonra isə beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik.”

Amerikalı dostlarımız iki tərəf arasında tamamilə qərəzsiz və dürüst vasitəçi oldular və bizi yekun razılaşmaya gətirdilər. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan qlobal sülhquruculuğu prosesini ikitərəfli davam etdiririk. Bu da özünü təsirli və səmərəli yanaşma kimi doğruldur.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
107
icma.az

1Sources