EN

Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq:Qanun layihəsi təqdim olundu

Rusiyalı siyasətçi Leonid Slutskinin rəhbərlik etdiyi Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan deputatlar üç yaşına çatmamış uşaqları olan ailələr üçün yeni sosial vergi güzəştinin tətbiqini təklif ediblər.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti müvafiq sənədin surətini dərc edib.

Qanun layihəsi geyim, ayaqqabı, mebel, gigiyena və təhlükəsizlik məhsulları, oyuncaqlar, eləcə də uşaq bağçalarında və ixtisaslaşmış təşkilatlarda uşaq baxımı xidmətləri xərclərinin qismən ödənilməsini nəzərdə tutur.

Deputatlar tərəfindən irəli sürülən bu təşəbbüsə əsasən, 13%-lik fərdi gəlir vergisi ödəyən vətəndaşlar ildə 150.000 rubla qədər uşaq malları və xidmətləri üzrə xərclər üçün 13% dəyərində geri ödəmə ala biləcəklər. Maksimum ödəmə isə 19.500 rubla çata bilər.

Chosen
68
publika.az

1Sources