Ajans.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə bazar günü 00:41-də) Yukon ərazisində, Uaythors şəhərindən 243 km cənub-qərbdə qeydə alınıb. ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7 olaraq qiymətləndirib. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.