İspaniya La Liqasında XV turun oyunları davam edir.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Vilyareal" öz meydanında "Xetafe" ilə üz-üzə gəlib.
Ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
"Barselona" isə səfərdə "Real Betis"i sınağa çəkib. 8 qolun vurulduğu matçda kataloniyalılar rəqibini 5:3 hesabı ilə darmadağın edib.
"Cebheinfo.az"