EN

Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi

Amerikalı məşhur müğənni Ledi Qaqanın “Abracadabra” mahnısı 2025-ci ilin ən yaxşı hiti seçilib.

Publika.az xəbər verir ki, kompozisiya "Rolling Stone" jurnalının siyahısında birinci yeri tutub.

“Ledi Qaqa müasir pop musiqisinin ən yaradıcı və təsirli fiqurlarından biridir. Bu mahnı 2025-ci ilin simvoluna çevrildi — gur, cəsarətli, teatrabənzər və qaçmaq mümkün olmayan bir hit. O, Qaqanın məqamı ələ almaq və onu mədəni yenilənməyə çevirmək bacarığını bir daha hamıya xatırlatdı”, - deyə nəşr yazır.

Reytinqin digər pillələrində məşhur ifaçılar yer alıblar - Sabrina Karpen­ter, Kendrik Lamar, SZA və Teylor Svift top-10-a düşərək, müxtəlif janrlı və ulduz gücü ilə zəngin bir ili simvolizə ediblər.

Chosen
73
publika.az

1Sources