Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın heç bir tərəfə güvənməməsi üçün çoxlu səbəblərin olduğunu deyib.
NOCOMMENT.az xəbər verir ki, o, bu fikri Ukrayna müharibəsi ilə bağlı Dohada keçirilən 23-cü forumda səsləndirib.
Fidan qeyd edib ki, ABŞ-ın prosesdən kənarda qalması fonunda Avropanın daha yaradıcı, dayanıqlı və uzunmüddətli həll yollarına ehtiyacı var.
“Bu müharibəyə son qoymağın yeganə real yolu tərəfləri inandırıcı şəkildə sülh danışıqlarına cəlb etməkdir. Lazım gəldikdə isə bunu güc yolu ilə etmək mümkündür”, – deyə o vurğulayıb.
Türkiyənin XİN rəhbəri əlavə edib ki, bəzi dairələrdən fərqli olaraq, əslində danışıqlar artıq aparılır.
“Avropanın Rusiyaya güvənməməsi üçün bir çox səbəbi var. Eyni şəkildə Rusiyanın da heç kimə etibar etməməsi üçün kifayət qədər səbəbi mövcuddur”, – Fidan deyib.