EN

Azərbaycan və Ermənistan sərhədçiləri avtomatlarının patronlarını çıxardılar...


Baş nazir Paşinyan bu gün delimitasiya olunmuş sərhəd kəndlərinin birində ictimaiyyət nümayəndələri ilə görüşüb.

Paşinyan deyib: "Bir ildir sərhəddə insidentlər olmur. Öz ərazi bütövlüyümüzü də, Azərbaycanın ərazi bütövlüyünü də tanıdıq. İlk mərhələdə sərhədçilər səngərdən çıxdılar və bir-birini gördülər. İkinci mərhələdə başlarından kaskaları çıxarıb atdılar. Üçüncü mərhələdə isə avtomatlarının patronlarını qarşılıqlı olaraq çıxardılar".

Paşinyan əlavə edib ki, delimitasiya davam etdikcə bu proses də davam edəcək.

Namiq Quliyev

Chosen
71
baki-xeber.com

1Sources