EN

Avropa Birliyi ləğv edilməlidir -Mask

Avropa Birliyi (AB) ləğv olunmalı və ayrı-ayrı ölkələrin suverenliyi bərpa edilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.

XəzərNews.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X-da yazıb.

O, həmçinin əlavə edib ki, avro-bürokratiya Avropanı yavaş-yavaş boğur.

Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu X sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub.

Xəbər 6 dəfə oxunub.
Chosen
93
4
xezernews.az

5Sources