Gəncədə yol-nəqliyyat hadisəsi xəsarətlərlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi səbəbindən maşın yol kənarında divara çırpılıb.
Hadisə zamanı 2 nəfər-1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Huseynova müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.