Rumıniyada "Mercedes" sürücüsü iki avtomobilin üstündən uçaraq müşahidə kamerasına çırpılıb.
Paralel.az xəbər verir ki , bu barədə "Știrile Pro TV" məlumat yayıb.
"İlkin məlumatlara görə, sürücü şəkər koması keçirən 55 yaşlı kişi olub", - deyə məlumatda bildirilir.
Â
Sürücü avtomobilin idarəetməsini itirib. Videoda onun avtomobili yolda hərəkətdə olan iki avtomobilin arasından keçərək müşahidə kamerası dirəyinə doğru uçduğu görünür.
Sürücünün sonraki vəziyyəti ilə bağlı məlumat yoxdur.