EN

"Yetim Sabir"in qardaşına hökm oxundu

Hədə-qorxu ilə tələb etmədə ittiham edilən Pərvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Əsgərovu 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Təqsirləndirilən Pərvin Əsgərova qarşı 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, kriminal aləmdə "Yetim Sabir" kimi tanınan şəxsin qardaşıdır.

"Cebheinfo.az"

Chosen
44
6
cebheinfo.az

7Sources