EN

Suriya terrora dəstək siyahısından çıxarıldı

Kanada, Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, hökumətin Suriyaya dair atdığı yeni addımlar barədə məlumat verilib.

Bildirilir ki, aparılan genişmiqyaslı araşdırmalardan sonra Suriya “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından, "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması isə terror təşkilatları siyahısından çıxarılıb.

Bu addımların, Suriya keçid hökumətinin ölkədə və regionda sabitliyin təmin olunması istiqamətində qlobal tərəfdaşlarla əməkdaşlıq səylərini dəstəkləmək məqsədilə atıldığı vurğulanıb.

Qeyd olunub ki, Kanada hökuməti terror təşkilatı İŞİD-ə qarşı Beynəlxalq Koalisiya ilə əməkdaşlıq da daxil olmaqla, qlobal miqyasda terrorla mübarizə fəaliyyətlərini davam etdirəcək.

Kanadanın xarici İşlər naziri Anita Anand açıqlamasında bildirib:

“Kanada, Əsəd rejiminin sonundan bəri Suriya keçid hökumətinin dinc və suriyalıların rəhbərlik etdiyi siyasi keçidə doğru atdığı müsbət addımları alqışlayır”.

Chosen
16
2
cebheinfo.az

4Sources