EN

Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Bakının Binəqədi rayonunda obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Nərimanov Tibb Mərkəzindən bildirilib ki, dünən saat 15:30 radələrində  Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

“Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, - məlumatda deyilir.

"Cebheinfo.az"

Chosen
59
12
cebheinfo.az

10Sources