EN

Cənubi Afrikada hostelə silahlı hücum olub, 10 nəfər ölüb

Cənubi Afrikanın paytaxtı Pretoriada silahlı hücum baş verib.

Naməlum silahlıların hostellərin birinə qəfil hücumu nəticəsində 3 yaşlı uşaq da daxil olmaqla, 10 nəfər ölüb.

Yerli polis xəsarət alanların sayının 14 nəfər olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
 

Chosen
58
5
7news.az

6Sources