EN

Dələduzluq etməkdə ittiham olunan 10 nəfər saxlanıldı

BAKI, 6 dekabr. TELEQRAF

Polis əməkdaşları tərəfindən dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının dekabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Chosen
258
1
teleqraf.com

2Sources