EN

QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılma qaydaları təsdiqlənib

Bakı. Trend:

QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması Qaydasıtəsdiq edilib.

Trend-inməlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovmüvafiq qərar imzalayıb.

Sənədə aşağıdakı yeni anlayışlar müəyyənləşdirilib:

  • AZQR kod – Azərbaycan Respublikasınınərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçünformalaşdırılan QR kod;
  • statik AZQR kod – tərkibi aparılacaq ödənişəməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olanAZQR kod;
  • dinamik AZQR kod – tərkibi aparılacaq hər birödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarətolan AZQR kod;
  • AZQR kod təchizatçısı – AZQR kod vasitəsiləödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (vəya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunmasıfunksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyətgöstərən təchizatçı.

Sənədə əsasən, Azərbaycan Respublikası ərazisində QR kodvasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidmətitəchizatçıları tərəfindən tərtib olunan dinamik və statik AZQR kodMərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunan tələblərəuyğun olmalıdır. Müvafiq Tələblər Mərkəzi Bankın rəsmi internetsəhifəsində yerləşdiriləcək.

AZQR kod təchizatçısı AZQR kodun tərtibini müqavilə əsasındaüçüncü tərəfə həvalə edə bilər, bu şərtlə ki, QR tərtib edilməsiyuxarıdakı tələblərə uyğun olaraq həyata keçirilsin.

AZQR kod təchizatçısı tərəfindən tərtib olunan AZQR kod təyinatıüzrə və dəyişiklik edilmədən istifadə olunmalıdır.

AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödənişəməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkanverən funksionallığı təmin etməlidir.

AZQR kod təchizatçısı AZQR kod vasitəsilə ödənişin qəbuledilməsi zamanı ödəyiciyə elektron və ya kağız daşıyıcıda özündəazı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın)təqdim edilməsi təmin ediləcək və ya qəbzin (məlumatın) asanlıqlaəldə edilməsi imkanı yaradılacaq:

  • ekvayerin və (və ya) ödəniş sistemi operatorunun adı;
  • təsərrüfat subyektinin adı və VÖEN-i;
  • qəbzin nömrəsi;
  • əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
  • ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalındaaparıldıqda);
  • ödənişin məbləği və valyutası;
  • avtorizasiya kodu;
  • əməliyyatı eyniləşdirməyə imkan verən istinad nömrəsi.

AZQR kod təchizatçısı ödəniş əməliyyatının nəticəsi (uğurlu vəya uğursuz olması) barədə təsərrüfat subyektiniməlumatlandıracaq.

AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxiliəməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasındahesablaşmalar AÖS vasitəsilə həyata keçiriləcək

Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib,dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,dekabrın 4-də qüvvəyə minib.

Chosen
123
11
az.trend.az

10Sources