UEFA “Bavariya”nın hücumçusu Luis Diasın Çempionlar Liqasındakı diskvalifikasiya müddətini 3 oyundan 2-yə endirib.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq cəzanın bir hissəsini çəkib.
O, V turda “Arsenal”la keçirilən görüşü (1:3) buraxıb. Dias 9 dekabrda “Sportinq”lə matçda da meydana çıxmayacaq.
Hücumçu 4 noyabrda PSJ-yə qarşı ÇL oyununda (2:1) 45+3-cü dəqiqədə Əşrəf Hakimiyə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Paris klubunun müdafiəçisində topuq çıxığı diaqnoz edilmişdi.
Qeyd edək ki, Dias bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 20 matça çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.