Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilmiş “Expo Defensa 2025” sərgisində məhsullarını təqdim edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, sərgidə şirkətin geniş sursat ailəsi və güclü silah sistemləri, həmçinin bir çox ölkə tərəfindən yaxından izlənilən innovativ həlləri nümayiş olunub.
Sərgi çərçivəsində Kolumbiya Silahlı Qüvvələri Əməliyyatlar rəhbəri Xuan Karlos Korrea, Ekvador Quru Qoşunlarının komandanı Rikardo Kaxas, Qvatemala müdafiə nazirinin müavini və Kolumbiyanın ən böyük müdafiə şirkətlərindən olan COTECMAR nümayəndə heyəti MKE stendini ziyarət edərək, başda silah sistemləri olmaqla şirkətin geniş məhsul çeşidi haqqında ətraflı məlumat alıblar.
Türkiyənin Boqotadakı səfiri Beste Pehlivan Sun da MKE stendini ziyarət edənlər arasında yer aldı.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */





