EN

Ötən ay Bakıda qeyri-yaşayış obyektlərinin qiyməti necə dəyişib? - CƏDVƏL

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma Nərimanov rayonunda qeydə alınıb. Həmin rayonda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta qiyməti 5041 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 25,8% çoxdur.

Paytaxtın Yasamal rayonunda da qeyri-yaşayış obyektlərinin qiymətlərində yüksək artım müşahidə olunub. Bu rayonda noyabrda həmin tipli obyektlərin bir kv.metrinin orta qiyməti 7803 manata bərabər olub (+24,7%).

Səbail və Nəsimi rayonları da qeyri-yaşayış obyektləri yüksək göstəricilərlə seçilib. Səbaildə orta qiymət 8034 manat (+ 18,4% ), Nəsimidə isə 5092 manat (+ 22,3% ) təşkil edib.

Chosen
14
4
aznews.az

5Sources