EN

FIFA dan Trampın “uşaqlıq xəyalını gerçıkləşdirən” mükafat

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA Dünya Futbol Federasiyasının dünən ABŞ Prezidenti Donald Trampa mükafat verməsi müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, FIFA-nın Trampa təqdim etdiyi bu mükafat daha əvvəl mövcud deyildi və federasiya bu mükafatın yaradıldığını bir ay əvvəl elan etmişdi.

Bu xəbəri paylaşılan sonra bir çox istifadəçi FIFA-nın bu mükafatı yalnız Donald Trampın narsistik ehtiyaclarını ödəmək üçün təsis etdiyini və ona təqdim etdiyini yazıb. Bir istifadəçi bu haqda belə şərh edib: “FIFA prezidentimizi yaxşıca aldatmağı və ondan fayda götürməyi bacarır.”

Donald Trampın müharibə yönümlü mövqeyini xüsusilə qeyd edən bəzi istifadəçilər məşhur “1984” romanını yada salaraq, yazıçı Corc Oruellin adını çəkib və bu mükafatın təqdim edilməsini “Oruellvari bir an” kimi qiymətləndiriblər.

Oruellin həmin kitabda təsvir etdiyi viran şəhərdə hakim partiya vətəndaşların daxili məntiqini sıradan çıxarmaq üçün onların anlayışlardakı ziddiyyətlərə qarşı hissiyyatsızlaşdırılmasına çalışır və eyni anda bir-birinə zidd ifadələri qəbul etmələrini tələb edir. Bu yolla onların açıq-aşkar yalanlara yalnız qarşı çıxmayacağı, həm də onları həvəslə qəbul edəcəyi güman olunur.

Məhz buna görə də “Həqiqət Nazirliyi”nin divarları “Müharibə Sülhdür”, “Köləlik Azadlıqdır” və “Cahil olan hər şeyi edə bilər” kimi şüarlarla bəzədilib.

Qəzzada soyqırımda iştirak edən, Venesuela sahillərində qayıq sərnişinlərini dənizin dərinliklərinə qərq etdirən, İranın nüvə obyektlərini bombalayan və daha çox sayda müharibə yönümlü addımlar atan bir prezidentə “Sülh Mükafatı” verilməsi yalnız belə ziddiyyətli anlayışların məna sərhədlərinin tamamilə silindiyi şəraitdə məntiqli görünə bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
icma.az

1Sources