Bakı. Trend:
World Semiconductor Trade Statistics (WSTS) təşkilatınınproqnozuna görə, qlobal yarımkeçirici satışları 2026-cı ildə 1trilyon dollara yaxınlaşacaq.
Trend xəbər verirki, proqnozlar çip bazarında davam edən genişmiqyaslı artımı əksetdirir.
2025-ci ildə bazarın 22,5% böyüyərək 772 milyard dollaraçatacağı gözlənilir. Bu göstərici iyun ayı proqnozundan təxminən 45milyard dollar çoxdur. Artımın Amerika və Asiya-Sakit Okeanregionunda 25-30%, Avropada 6% olacağı, Yaponiyada isə satışların4% azalacağı proqnozlaşdırılır.
WSTS-nin hesablamalarına görə, qlobal yarımkeçirici bazarı2026-cı ildə 25%-dən çox yüksələrək 975 milyard dollara çatacaq.Bütün bölgələr və məhsul seqmentləri üzrə artımın davam edəcəyibildirilir.
ABŞ və Asiya bazarları ən böyük artım drayverləri olaraqqalacaq, Avropa və Yaponiyada isə təxminən 12% genişlənməgözlənilir.
İnteqrasiya olunmuş dövrələrin satışlarının 2025-ci ildə 25,6%artaraq 677,85 milyard dollara çatacağı, yaddaş çiplərininsatışlarının isə 27,8% artımla 211,6 milyard dollara yüksələcəyiproqnozlaşdırılır.
2026-cı ildə inteqral sxemlər üzrə satışların 29% artaraq 874,3milyard dollara, yaddaş çipləri seqmentində isə 39,4% artımla 294,8milyard dollara çatacağı gözlənilir.