EN

Əli Əsədov rusiyalı həmkarı ilə birgə layihələri müzakirə edib

Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər Rusiya-Azərbaycan ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, eləcə də MDB çərçivəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

 

Baş nazirlər sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

 

Chosen
110
senzor.az

1Sources