EN

Metronun "28 may" stansiyasında qatarda problem yarandı: Sərnişinlər DÜŞÜRÜLDÜLƏR

Bakı metropoliteninin "28 May" stansiyasında sərnişinlər vaqonlardan düşürülüblər.

Ölkə.az xəbər verir ki, sərnişinlərin Oxu.Az-a verdiyi məlumata görə, stansiyada hərəkət etmək istəyən qatarda problem yaranıb.

"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

"28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".

Chosen
92
14
olke.az

10Sources