EN

Ağdaşda "Konstitusiya və Suverenlik İli"nə həsr olunan konfrans keçirilibVİDEO

Ağdaşda "Konstitusiya və Suverenlik İli"nə həsr olunan konfrans keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, konfransda Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və gənclər iştirak ediblər.

"Konstitusiya və Suverenlik İli: Ulu Öndər Heydər Əliyev - müasir Azərbaycan Konstitusiyasının banisi, Prezident İlham Əliyev - ölkənin suveren inkişaf modelinin müəllifi" mövzusuna həsr olunan panel müzakirələrinə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə moderatorluq edib.

Milli Məclisin deputatları Rasim Musabəyov və Sahib Alıyev, eləcə də politoloq Fərhad Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətləri, Azərbaycan Konstitusiyasının formalaşma mərhələləri, ölkənin suverenlik konsepsiyası və Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl və uğurlu şəkildə həyata keçirilməsi barədə geniş məlumat veriblər.

Panel iştirakçıları Azərbaycanın demokratik inkişaf yolu, qanunvericilik islahatları, hüquq sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlər barədə müzakirələr aparıblar. Həmçinin sosial və beynəlxalq sahələrində əldə olunan uğurların Konstitusiya və suverenlik prinsipləri ilə sıx bağlılığı vurğulanıb.

Müzakirələrdən sonra sual-cavab sessiyası təşkil olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
48
xezerxeber.az

1Sources