ABŞ hökuməti miqrantlarla bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, əvvəllər miqrantlar üçün 5 il olan iş icazəsinin müddətini 18 aya endirib.
"Cebheinfo.az" xəbər verir ki, “The Hill”-in xəbərinə görə, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) miqrantların iş icazələri ilə bağlı siyasətini yeniləyib. Bu yeniliyə əsasən, iş icazəsi sənədlərinin etibarlılıq müddəti 5 ildən 18 aya endirilib.
Bu dəyişiklik qaçqınlar, sığınacaq hüququ verilmiş şəxslər, deportasiya və ya ölkədən çıxarılma qərarı dayandırılmış şəxslər və status dəyişikliyi üçün müraciət edən şəxslərə təsir edəcək.
USCIS direktoru Cozef Edlow məsələ ilə bağlı verdiyi açıqlamada bildirib: “Əvvəlki administrasiya dövründə ölkəyə qəbul edilən bir əcnəbinin paytaxtımızda Milli Qvardiyaya hücum etməsindən sonra, USCIS-in əcnəbiləri daha tez-tez yoxlaması zərurəti daha da aydın oldu”.