Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Tottenhem” “Brayton”un müdafiəçisi Yan Paul van Hekkeni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 25 yaşlı niderlandlı oyunçu üçün yanvarda 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
“Brayton” van Hekkeni 2020-ci ildə “NAK Breda”dan 2 milyon avroya almışdı. Müdafiəçi bu mövsüm 16 matçda 3 qol vurub və onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.