EN

Merts 9 dekabrda Berlində Paşinyanla danışıqlar aparacaq

Almaniya kansleri Fridrix Merts 9 dekabr tarixində Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya hökumətinin nümayəndəsinin müavini Sebastyan Hille bildirib.

Məlumata görə, görüş ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq.

“Çərşənbə axşamı saat təxminən 16:00-da Almaniya kansleri federal kanserin idarəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı hərbi mərasimlə qarşılayacaq. Sonrakı danışıqlar ikitərəfli iqtisadi əməkdaşlığa, regional məsələlərə və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq”, – Hille deyib.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Chosen
80
4
apa.az

4Sources