EN

Oğru milyonçuların əlaltısına çevrilən saxta “milyonçular” Hanı o 2 milyon?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin 2025-ci ilin yanvar–sentyabr dövrü üzrə statistikası göstərir ki, Rusiyada qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cəmi 224 min nəfərdir. Bu rəqəm illərdir radikal müxalifət çevrələrinin tirajladığı “2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır” iddiasını tamamilə təkzib edir. Əslində, bu iddia sadəcə mifdir, faktlarla heç bir əlaqəsi yoxdur və cəmiyyətdə yanlış təsəvvür yaratmaq üçün uzun illər boyunca təkrar olunub.Əvvəlki rəsmi siyahıyaalmalar da bunu təsdiqləyir. 2010 və 2021-ci illərdə Rusiyada etnik azərbaycanlıların sayı maksimum 600 min, minimum isə 474 min civarında müəyyən edilmişdi. Bu rəqəmlər göstərir ki, Rusiyaya kütləvi axın barədə iddialar əsassızdır və real vəziyyətin təhrif olunmasıdır. 2025-ci ilin 224 minlik rəqəmi isə bu uzunmüddətli manipulyasiyaya nöqtə qoyur.Radikal müxalifət, xüsusilə Əli Kərimli və onun ideoloji xətti, bu mif üzərində cəmiyyətdə qeyri-sabitlik yaratmaq, dövlətə etimadı sarsıtmaq və insanlarda perspektivsizlik, qorxu və ümidsizlik hissi formalaşdırmaq istəyirdi. Onların iddiasına görə, Rusiyada milyonlarla azərbaycanlı yaşadığı üçün Kreml bu faktordan istifadə edərək Azərbaycana təzyiq göstərə bilərdi. Lakin bu tezis heç vaxt faktlarla təsdiqlənməyib və bu gün rəsmi rəqəmlərlə darmadağın olunur.Yalan üzərində qurulmuş bu siyasi modelin əsas xüsusiyyəti emosional manipulyasiyadır. İddialar cəmiyyətdə gərginlik yaratmaq üçün xüsusi şəkildə seçilmişdir: guya Rusiyadan gələn pullar ölkənin iqtisadi dayağıdır, guya həyat Azərbaycanda mümkün deyil, guya kütləvi miqrasiya ölkənin sosial strukturunu təhdid edir. Lakin həqiqət göstərir ki, Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi artıq Rusiya vətəndaşıdır, siyasi aktivlik iddia edilən dərəcədə deyil və onların təsiri Azərbaycan üçün təhlükə təşkil etmir.Bu mifin çöküşü yalnız rəqəmlərlə bağlı deyil, həm də illərdir davam edən informasiya oyununun ifşasıdır. Sosial baza kimi istifadə olunan “milyonlar” yalnız kağız üzərində var idi. Həqiqət isə onu göstərir ki, radikal müxalifət uydurma məlumatlara əsaslanaraq cəmiyyəti manipulyasiya etməyə çalışıb, lakin faktlar onların planlarını alt-üst edib.“2 milyon” dezinformasiyasının darmadağın olması radikal müxalifətin özünü “alternativ güc” kimi təqdim etmək kimi gülünc cəhdini də ifşa edir. Alternativ olmaq üçün faktlara əsaslanmaq, cəmiyyətə real perspektiv təklif etmək və məsuliyyətli siyasi davranış göstərmək lazımdır. Bu gün onlar uydurma milyonlarla yox, 224 minlik reallıqla üz-üzədirlər.Bu hadisə həm də cəmiyyət üçün dərsdir: siyasət yalnız faktlara söykənməlidir. Reallığı qəbul etmək və faktlarla işləmək, həm dövlət, həm cəmiyyət, həm də siyasi subyektlər üçün əsas prinsiplərdən biri olmalıdır. Bu yolu gedənlərin aqibəti isə hər kəsə məlumdur…Azər Niftiyev

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
demokrat.az

1Sources