EN

AİB bərpaolunan enerji istehsalı üçün "Azərbaycan Dəmir Yolları"nın aktiv imkanlarını araşdıracaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Dəmir Yollarının özaktivlərindən bərpa olunan enerji istehsalı üçün necə istifadə edəbiləcəyini və öz ehtiyaclarının ödənilməsi üçün onların tətbiqiyollarını araşdıracaq.

Trend xəbər verirki, bu barədə bu gün AİB-in Energetika İdarəsində İnkişaf etməkdəolan Regionlar üzrə direktor Sindi Sisneros-Tianqko dekabrın 5-dəBakıda AİB ilə Azərbaycan Dəmir Yolları (ADY) arasında əməkdaşlıqçərçivəsində karbonsuzlaşdırma ilə bağlı layihənin təqdimatıçərçivəsində jurnalistlərə bildirib.

“Şəxsən mənim fikrimcə, bu layihə həqiqətən transformativxarakter daşıyır. AİB və ADY tərəfdaşlığı göstərir ki, çoxtərəfliinkişaf bankları, özəl sektor və hökumətlər mürəkkəb çağırışlarauyğun aktual və inteqrasiya olunmuş həlləri birlikdə işləyibhazırlaya bilərlər. AİB-in missiyası elə bundan ibarətdir”, – deyəo bildirib.

Onun sözlərinə görə, texniki yardım bir neçə istiqamətəyönəldilib və bunların hamısı ADY-in gələcəkdə necə bir dəmiryoluşirkəti olmalı olduğu vizionu ilə uyğunlaşdırılıb.

“Biz innovativ həlləri yalnız dəmiryolunun fəaliyyətindənəzərdən keçirməyəcəyik, biz eyni zamanda onun aktivlərini bərpaolunan enerji istehsalı üçün, eləcədə öz ehtiyaclarının ödənilməsiüçün necə istifadə edə biləcəyini mütləq nəzərdən keçirəcəyik” -deyə Sisneros-Tianqko qeyd edib.

Bundan əlavə, AİB enerji səmərəliliyinin artırılması vəpotensialın gücləndirilməsi tədbirlərinə fokuslanacaq, çünkitexniki yardımın məqsədi şirkətə və ya ölkəyə layihələri müstəqilşəkildə həyata keçirmək və inkişaf etdirmək imkanı yaratmaqdır.

Chosen
90
1
az.trend.az

2Sources