“Prokrastinasiya sindromu insanın etməsi lazım olan işi gecikdirməsi və ya tamamilə təxirə salması deməkdir”.
Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, çox vaxt bunu tənbəllik adlandırırlar:
“Lakin bu belə deyil. Əslində, bunun altında müxtəlif səbəblər var. İşin psixoloji tərəfindən baxsaq görərik ki, fərqli səbəblər mövcuddur. Məsələn, görəcəyimiz işi ya mükəmməl etmək ya da daha sonraya təxirə salırıq. İşə başlamazdan əvvəl səhv etmə qorxusunun olması da səbəblər sırasındadır”.
Ekspert digər səbəblər barədə də danışıb:
Psixoloq bu problemdən əziyyət çəkən insanlara suallar ünvanlayıb:
“Edəcəyiniz iş həyatınızda hansı yerdə dayanıb və nəyə xidmət edir? Bu sualları özünüzə verin. Unutmayaq ki, təxirə saldığımız hər bir iş həyatımızın ən vacib hissəsini qaçırmağımıza səbəb ola bilər.
Sonda özünü günahlandırıb bərabərində stress yaşamamaq üçün ən kiçik addımlarla elə indi başlamaq ən doğru seçimdir”.
Xəyalə Xasməmmədli vurğulayıb ki, işinizi ən kiçik hissələrə bölün və ən azı beş dəqiqə davam edin:
“Bunu mütəmadi etdikcə işlərinin bir çox hissəsini etmiş olduğunu görəcəksiniz. Beləliklə, sizdə ruh yüksəkliyi yaranacaq və işləriniz yolunda getməyə başlayacaq. Ümumiyyətlə, hər şeyin sizin iradənizin gücündən asılı olduğunu unutmayın”.