EN

Kreml mövqelərindən geri çəkilmədiyini nümayiş etdirdi

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Evin nümayəndələrinin Moskvada Vladimir Putinlə apardığı son görüşlərin nəticəsiz qalması həm Vaşinqtonda, həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Görüşlər Tramp administrasiyasının sülh planına müəyyən ümidlərin olduğu bir dönəmdə baş tutsa da, Kreml mövqelərindən geri çəkilmədiyini nümayiş etdirdi.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

"Donald Tramp görüşü “ümumilikdə yaxşı” qiymətləndirsə də, prosesin nəticə verəcəyinə şübhə etdiyini açıq şəkildə etiraf edib. Onun “tanqoya iki nəfər lazımdır” ifadəsi Vaşinqtonun Moskvanın qeyri-konstruktiv davranışından narazı olduğuna işarə edib.

Tramp bildirir ki, Stiv Uitkoff və Jared Kuşnerin Putinə “müharibəni bitirmək istəyinə inandıqları” barədə mesajları olsa belə, Avropalı diplomatlar və ekspertlərin əksəriyyəti bunun doğru olmadığına inanır" - politoloq deyib.

Onun sözlərinə görə, Qərbdə hesab edirlər ki, Kreml destruktiv mövqeyindən əlk çəkməzsə, o zaman Tramp Ukrayna üzrə sülh prosesdən tamamilə çəkilə bilər. Bu variant nəinki Kiyev, Avropa üçün də daha təhlükəli ssenarilərin qapısını aça bilər.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
icma.az

1Sources