Bu ilin iyul ayında Yusif İmanov "Sabah"la müqaviləsinə birtərəfli qaydada xitam vermişdi. Millimizin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım etmişdi.
Bunun nəticəsində tərəflər bir-birinə qarşı iddia qaldırmış, hər iki tərəf futbolçunun bir illik maaşı qədər, 53 min manat kompensasiya tələb etmişdi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Yusif İmanovun xeyrinə qərar çıxarıb. "Sabah" sabiq futbolçusuna 10 min manat ödəniş etməli olacaq.
Qeyd edÉ™k ki, Yusif İmanov "KÉ™pÉ™z"lÉ™ müqavilÉ™ baÄŸladığı üçün oradan illik alacağı mÉ™bləğ 53 min manatdan çıxılıb. Yekunda İmanova ödÉ™nilÉ™cÉ™k mÉ™bləğ 10 min manat hesablanıb.Â
saytlarin hazirlanmasi