ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Hakimiyyətin zor gücü ilə dəyişdirilməsi istər beynəlxalq hüquq normaları baxımından, istərsə də milli qanunvericiliyimiz baxımından yolverilməzdir. Azərbaycan Konstitusiyasında da aydın şəkildə göstərilir ki, hakimiyyətin yeganə mənbəyi xalqdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.O bildirib ki, yəni, hakimiyyət yalnız xalqın iradəsi, səsvermə yolu ilə formalaşmalıdır:“Zorakı üsullarla hakimiyyətin dəyişdirilməsi dövlətin sabitliyinə, gələcəyinə və beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Tarix boyu bir çox ölkələrdə bu cür cəhdlərin necə faciəli nəticələr doğurduğunu gördük. Elə yaxın qonşumuz Türkiyədə hərbi çevrilişlər dövründə ölkənin hansı vəziyyətə düşdüyü hələ də yaddaşlardadır. Biz istəmirik ki, Azərbaycanda belə bir ssenari yaşansın. Seçkidənkənar və ya qeyri-legitim yollarla hakimiyyətin dəyişdirilməsi nə daxili sabitliyə, nə də inkişaf prosesinə xidmət edir. Konkret Ramiz Mehdiyevə gəlincə, o, uzun illər ölkə siyasətində mühüm rol oynamış, böyük maliyyə və əlaqələrə malik şəxs olub. Bu səbəbdən onun yenidən aktiv siyasi proseslərə cəlb olunmaq arzusu müəyyən mənada anlaşılandır. Mehdiyev öz resurslarından istifadə edərək, hakimiyyətdəki bəzi şəxslərlə əlaqələr qurub və müəyyən planlar həyata keçirməyə cəhd edib. Bu istiqamətdə bəzi şəxslər, o cümlədən müxalifətdən bir neçə nəfər artıq istintaqa cəlb olunub”.T.Abbaslının sözlərinə görə, bu, genişmiqyaslı və çoxşaxəli istintaq olacaq:“Dövlət çevrilişinə cəhd adi hadisə deyil və ciddi hüquqi qiymət verilməlidir. Bununla belə, istintaq prosesi zamanı cəmiyyətin aydın şəkildə məlumatlandırılması da vacibdir. Əks halda, informasiya qıtlığı dezinformasiya və spekulyasiyalara yol aça bilər. Hazırda prosesin başlanğıcındayıq. Konkret nəticələr və ittihamlar istintaqın gedişində daha aydın olacaq. Əgər kimsə həqiqətən belə bir cəhdə yol veribsə, qanun qarşısında cavab verməlidir. Dövlətin təhlükəsizliyi və sabitliyi hər şeydən üstündür. İstintaqın tamamlanmasını gözləmək və daha sonra məhkəmə prosesində təqdim olunan sübutlar əsasında obyektiv qiymət vermək ən düzgün yanaşmadır. Məhkəmənin qərarı ilə də bu işin hüquqi və siyasi mahiyyəti tam aydınlaşacaq”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.