EN

Kamçatkada siklon küçələri çaylara çevirib və onlarla avtomobil su altında qalıb

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Kamçatkada siklon küçələri çaylara çevirib və onlarla avtomobil su altında qalıb

Siklon Kamçatka şəhərinin bir çox küçələrini və prospektlərini su altında qoyub, evlərə su dolub. Telegram kanalı Amur Maşın verdiyi məlumata görə, fırtına nəticəsində onlarla avtomobil və evlərin birinci mərtəbələri su altında qalıb.

Kanalın məlumatına görə, Petropavlovsk-Kamçatskidə bir çox avtomobilləe su altında qalıb və ya onları güclü sel aparıb. Şəhərin bəzi yerlərində nəqliyyat demək olar ki, iflic olub. Piyadalar böyük gölməçələrdən keçməli olublar.

"Kəndlərdə vəziyyət daha yaxşı deyil - güclü külək səbəbindən İvaşkada elektrik xəttinin dayağı uçub və 150 ​​sakin elektrik və istiliksiz qalıb", - deyə məlumatda bildirilir.

Bəzi ərazilərdən əhalinindaha təhlükəsiz yerlərə təxliyəsinə başlanılıb.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
oxumeni.az

2Sources