Tramp administrasiyasının Yunanıstan–Türkiyə gərginlik xəttində “körpü rolu” oynamaq istədiyi bildirilir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Suriya üzrə şəxsi nümayəndəsi və ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak regionla bağlı qalmaqallı açıqlamalar verib. Barrak bildirib ki, Tramp administrasiyası Yunanıstan və Türkiyə arasında “körpü rolunu oynamağı” hədəfləyir və bölgədəki siyasi müdaxilələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
O, “Xəzərdən Aralıq dənizinə qədər uzanan formuladan” bəhs edərək Xəzər dənizindəki enerji ehtiyatlarının strateji əhəmiyyətini xüsusi qeyd edib. Barrakın sözlərinə görə, ABŞ-nin böyük enerji aktivləri sırasında Xəzər dənizi də var və bu resurslar Yunanıstan–Türkiyə marşrutu vasitəsilə Aralıq dənizi hövzəsinə çıxarılmalıdır.
Ekspertlərə görə, Barrakın bu açıqlamaları Vaşinqtonun İran və Rusiya ilə bağlı region siyasətində daha iddialı yanaşma sərgilədiyi bir dövrə təsadüf edir və ABŞ Xəzər hövzəsinin enerji sərvətlərinə çıxışı genişləndirmək üçün Türkiyəni “proksi güc” kimi istifadə etməyə çalışır.
Siyasi ekspertlər qeyd edirlər ki, Xəzər regionunun artan geosiyasi çəkisi fonunda bu cür açıqlamalar bölgədə yeni narahatlıqlar yaradır.
Poliqon.info