EN

Azərbaycanda könüllülərin 68%-i qadınlardır

Dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü qeyd olunur. BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, bu günün məqsədi könüllülərin sosial, humanitar və inkişaf proseslərinə verdiyi töhfələrə diqqət çəkməkdir.

BMT-nin məlumatına görə, dünya əhalisinin 14,3%-i qeyri-rəsmi könüllü fəaliyyətlərdə, 6,5%-i isə təşkilatlar vasitəsilə rəsmi könüllülük layihələrində iştirak edir.

Azərbaycanda könüllülük hərəkatı son illər əhəmiyyətli dərəcədə genişlənib. “ASAN xidmət” sisteminin fəaliyyəti dövründə 44 minə yaxın gənc könüllü kimi iştirak edib, 6 500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub.

Dekabrın 4-də “Azərbaycan Könüllülük Həftəsi 2025”ə start verilib. 7-ci dəfə keçirilən proqram çərçivəsində ölkə üzrə 20 mindən çox gənc müxtəlif sosial və ictimai layihələrə cəlb olunacaq. Bakıda keçirilən “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”nda 3500 nəfər iştirak edib və 50-dən çox gənc “İlin Könüllüsü” mükafatı alıb.

İlin sonuna könüllülərin ümumi sayı 40 463 nəfər olacaq. Onların 68%-i qadınlar, 32%-i isə kişilərdir.

Aytac 

Chosen
77
1
anews.az

2Sources