EN

İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar üçün Misirə gedib

İsrail nümayəndə heyəti HAMAS-la danışıqlar aparmaq üçün Misirə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə “The New Arab” (Al-Araby Al-Jadeed) nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, israillilər atəşkəs və girovların mübadiləsi razılaşması ilə bağlı HAMAS-ın mövqeyini öyrənmək istəyirlər.

Həmçinin əlavə olunub ki, hazırda Qəzza zolağında atəşkəs elan olunması ilə bağlı məsələ dondurulub. Misirdə keçiriləcək görüşlərdən sonra İsrailin yeni mövqe ehtiva edə biləcək cavabı gözlənilir.

Chosen
373
13
ikisahil.az

10Sources