EN

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstilik fasiləsiz göstərilməli olan xidmətlərə daxildir. Əgər hər hansı sakin ödəniş etmirsə, qurumun yeganə qanuni addımı həmin şəxsi məhkəməyə verməkdir. Heç bir quruma səlahiyyət verilməyib ki, borclu olan bir neçə nəfərə görə bütün bina üzrə istiliyi kəssin. Ödəniş etməyənlər çox olsa belə, xidmətin ümumiyyətlə dayandırılması qanunla qadağandır. Bu yanaşma həm də sosial gərginlik yaradır. Azəristiliktəchizat ASC faktiki olaraq qonşuları bir-birinə qarşı qoyur. Bu, istehlakçıların şantaj olunması deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov Müşfiqabad qəsəbəsində borclu sakinlərə görə binalara istiliyin verilməməsi haqda danışarkən deyib.

Ə.Həsənov vətəndaşlara hüquqi addımlar atmağı tövsiyə edib:

“Sakinlər bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Mən həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də şikayət etməyi məsləhət görürəm. Çünki burada istehlakçı hüquqlarının açıq şəkildə pozulması var”.

Qeyd edək ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinə istilik verilmir. Sakinlərin sözlərinə görə, “Azəristiliktəchizat” buna səbəb kimi binadakı bəzi sakinlərin borcunu göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
axar.az

1Sources