EN

Bu gecə Super Ay müşahidə olunacaq

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gecə Super Ay hadisəsi müşahidə olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, ay 4 dekabr saat 15:07-də Yerə ən yaxın məsafədə-perigeydə (356961 km) olub. Ay həm də 5 dekabr gecə saat 03:15-də tam Ay fazasında olacaq.

Qeyd olunub ki, ona görə də 2025-ci il dekabr ayının 4-dən 5-ə keçən gecə Super Ay hadisəsi müşahidə olunacaq.

Bu hadisəni Azərbaycan ərazisində bütün gecə müşahidə etmək mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
5
globalinfo.az

6Sources